# HADİSƏLƏR

# İRƏVAN VAXTI

# HADİSƏLƏR » Siyasət

“Erməni genosidi” problemi: tarixi və onun saxtalaşdırılması

Son illər ərzində dünya ictimaiyyətinə qızğın tələsikliklə 1915 –cil “erməni genosidi” nin yeni fövri uydurulmuş variantını zorla qəbul etdirməyə başlayıblar. Birincisi, bu fəlakətin zaman çərçivəsini kəskin şəkildə genişləndiriblər - 1 ildən 45 ilə qədər. İkincisi, ölənlərini sayını yenə özbaşına olaraq artırmağı qərara alıblar (artıq neçənci dəfədir) və onları 2 milyona qədər çatdırıblar. Dəlillərin isə mümkün qədər əsaslı görünməsi üçün original bir şey tapmadıqlarından Adolf Hitler kimi bir “avtoritet”ə müraciət edərək, onun çıxışlarından sitatlardan istifadə etmişlər. Bu zaman isə kimsəni narahat etmir ki, ermənilər dünyaya növbəti saxtakarlığı təqdim etməkdədirlər. 22 aprel 2005-ci ildə “Unutmağa haqqın yoxdur!” ( “Yeni rus sözü”( Novoe russkoe slovo”- NRS)) məqaləsində Yuriy Saturyan əvvəlcə təsdiq edir ki : “...1915-ci ildə Osmanlı Türkiyəsində 1,5 milyondan çox erməni öldürülmüşdür...” Elə o da öz tədqiqatlarını Hitlerin Polşanı işğalından əvvəlki bəyanatı ilə əsaslandırır. 4 gündən sonra isə Nyu- Yorkda rusiya radiosunun “Rikoşet” proqramının canlı efirində bu dəfə radiodinləyicilərə Matrirosyan familiyalı, OON nəzdində Ermənistanın səfiri kimi təqdim olunan başqa bir cənab Hitlerdən sitat gətirirdi. Bu zaman o izah edirdi ki, “erməni genosidi” 1896-cı ildən - 1915-ci ilə qədər müddətdə baş vermişdir və məhz göstərilən bu zaman müddətində 1,5 milyondan çox erməni öldürülmüşdür. Həm Saturyan, həm də Martirosyan vicdansız yalançılardır. Onlar tərəfindən ayağına yazılan guya onun çıxışından Hitler sitatı “ ...nəhayət bu gün kim ermənilərin məhv edilməsini xatırlayır?..” – ağ yalandır. Bu yalan neçə il bundan qabaq həm Ankara siyasi elmlər fakültəsi, həm də amerika tarixçilərinin əsərləri vasitəsilə, xüsusən “ABŞ konqresi və Adolf Hitler ermənilər haqda” kitabında Xifa Leuri tərəfindən ifşa edilmişdi. Hitler heç bir vaxt buna bənzər bir şey deməyib. ABŞ- da nəşr olunan “Erməni müxbiri” qəzeti bu faktı hələ 2 avqust 1984-cü ildə etiraf etməyə məcbur olmuşdu. Cənab Pariyans “ V Novom svete” (VNS) qəzetində Ermənistan kilsəsinin şərqi-amerika yeparxiyasının mətbuatla əlaqə şöbəsinin rəhbəri cənab Kris Zakayana istinad edərək, 22-28 aprel 2005-ci ildə “Hüznün 90 ili” məqaləsində təsdiq edirdi ki, 1,5 mln. erməni “ 1915-ci ildən 1923-cü illər ərzində faciə qurbanları” olmuşdur. Müxtəlif qəzetlərdə yerləşdirilən və Nyu-Yorkda Tayms-skverdə 24 aprel 2005-ci ildə mitinqə çağıran matəm elanları, həmçinin “ ....1915-1923-cü illər ərzində 1500 000 erməni məhv edilmişdir” iddiasını da özündə ehtiva edirdi. Lobbistlərin belə ixtilaflı mülahizələri iradi və ya qeyri-iradi o faktı təsdiq edir ki, 1915-ci ildə 1,5 mln erməninin qətli barədə yalan erməni təbliğatının israrlı təsdiqi növbəti uydurmadan başqa bir şey deyil. Onların lobbistlərinə istiqamət verən erməni təbliğatçılarının səbəbləri, analitikləri haqda heç danışmadan, hər sağlam düşüncəli insana aydındır: 1915-ci il və yəhudilərin XOLOKt hadisələrini dəyərinə görə bərabərləşdirmək və sonra isə ən əsası Türkiyədən milliardlarla təzminat almaq üçün təqdim etmək. Hələlik, mümkün ola biləcək (virtual)milliard dollarlar və ya yevro hara gedəcək, şübhəyə yer yoxdur – “özününkülər” arasında bölüşdürəcəklər. Ümumdünya fırıldağı hazırlanır; və 1915-ci il Türkiyənin müsəlman və xristian əhalisinin günahsız qurbanlarının xatirəsi bu siyasət və maliyyə işbazlarının əlində sadəcə xırda puldur. Onlar bunu heç gizlətmirlər də. Məsələn, əvvəllər erməniyönlü VNS qəzetində işləyən artıq qeyd etdiyimiz lobbist Pariyans, elə həmin mətbuat orqanının səhifələrindən, təxminən 1 il əvvəl Birləşmiş Ştatların hökümətinə rüşvət təklif edib: “ Milliondan bir az çox amerika ermənisi – kifayət qədər böyük lobbidir. Sovet İttifaqının qalıqları üzərində yaranan yeni respublika (daha doğrusu Ermənistan Respublikası- müəllifin qeydi) son illərdə ABŞ-dan mühüm yardım alırdı - əhalinin hər adambaşına təxminən 42 dollar məbləğində ( ildə 126 million dollar – müəllifin qeydi)... ermənilər həvəslə bütün bu dollarları soyqırımın rəsmi tanınmasına dəyişərdilər...” Görəsən Ağ evdə və Kapitol təpəsində bu həyasız təklifdən xəbərdardırlarmı? ABŞ prezidenti cənab Corc Buş, senatorlar, konqressmenler bilirlərmi ki, erməni lobbisi amerika vergi ödəyicilərinin pullarını istifadə etməklə onları satın almağın mümkünlüyünü açıq şəkildə müzakirə edir. Mən hesab edirəm ki, bilməlidirlər. Bu məsələ ilə əlaqədar mən artıq keçən ilin may ayında məktubla bizim prezident Corc Buşa müraciət etmişəm, amma, təəssüf ki, hələ də məktuba heç bir cavab almamışam. Senatın üzvləri və Palatanın bəzi nümayəndələri də bu barədə məlumatlandırılmışlar. Təəssüf ki, onlar da bu məlumatdan yan keçiblər. 1915-ci ilil faciəli hadisələrini müfəssəl şəkildə nəzərdən keçirdikdə aydın olur ki, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq dinc türk vətəndaşlarının kütləvi qırğınında günahkar ilk növbədə Rusiyadır, sonra İngiltərə gəlir, türk höküməti isə bu sırada üçüncü vəziyyətindədir. Birinci Rusiya döyüş xəttindən dinc müsəlman əhalini Türkiyə ərazisinə deportasiya tətbiq etdi. Bu isə çoxsaylı silahlı erməni birləşmələrinin aktiv fəaliyyətinə şərait yaratdı. Çoxsaylı erməni silahlı dəstələrinin hərbi fəaliyyəti nəticəsində - Anadolunun şərq əyalətlərinin: Trabzon, Ərzincan, Ərzurum, Van, Bitlis və başqalarında 2295705 nəfər dinc müsəlman əhalidən 1600000 itkin düşmüş adam təşkil edirdi. Başqa sözlərlə, 1 mln. 600 min müsəlman qətl edilmiş və izsiz itmişdir. Və buna görə ruslar və ermənilər günah daşıyırlar.

Mənbə: Feliks Sersevadze http://karabakh-doc.azerall.info/ru/articls/artc116-34.php

paylaş


 
Azerphoto logo empty logo empty logo empty logo empty logo