# HADİSƏLƏR

# İRƏVAN VAXTI

# HADİSƏLƏR » Siyasət

Ermənlər tərəfindən işğal olunmuş İrəvan

İrəvan qalası XVI əsrin əvvəlində Şah İsmayıl Səfəvinin sərkərdəsi Rəvanqulu xan tərəfindən salınmışdır. Bir müddət sonra qala böyüyərək iri yaşayış məntəqəsinə, şəhərə çevrilmişdir. Şəhər Rəvanqulu xanın adı ilə “Rəvan” adlandırılmış, sonralar isə danışıq ənənəsinə uyğun olaraq, “İrəvan” formasını almışdır. Şəhər müxtəlif dövrlərdə İrəvan mahalının, İrəvan xanlığının, 1827-ci ildə rus imperiyası tərəfindən işğal olunduqdan sonra isə İrəvan  quberniyasının mərkəzi olmuşdur. Şəhər və quberniya əhalisinin böyük əksəriyyətini həmişə Azərbaycan türkləri təşkil etmişlər. Çünki bu ərazilər Azərbaycan türklərinin qədim torpaqları olmuşdur. Böyük dövlətlərin təzyiqləri qarşısında Azərbaycan parlamenti 29 may 1918-ci il tarixli qərarı ilə İrəvanı Ermənistana verməyə məcbur olmuşdur. 1932-ci ildə Ermənistanda çap olunmuş “Sovet Ermənistanının əhalisi. 1831-1931” statistik məlumatlar kitabında erməni müəlliflər özləri göstərirlər ki, XIX əsrin əvvəllərində indi Ermənistan adlandırılan ərazilərdəki 2310 kənddən 2 mindən çoxunda azərbaycanlılar yaşayırdı. Yenə həmin kitabda bildirilir ki, həmin vaxt İrəvan şəhərində yaşayan 10 min nəfərdən 7 min nəfəri azərbaycanlı idi. Tanınmış tarixçi  M. Neymanın yazdığına görə, 1828-1896-cı illər ərzində ruslar tərəfindən Qafqaza, 1,2 milyon nəfər erməni köçürülmüş , onlardan 985460 nəfəri indi Ermənistan deyilən ərazilərə, qalanları isə Qarabağ və Gəncə ərazilərinə yerləşdirilmişlər. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə  çap etdiyi “Statistik toplu”da isə göstərilir ki, 1831-ci ildə İrəvan şəhərində yaşayan 18766 nəfər əhalinin 15992 nəfəri, 1866-cı ildəki 27246 nəfərin isə 23627 nəfəri azərbaycanlı olmuşdur. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəlixan Xoylunun 1919-cu ilin avqustunda Paris Sülh Konfransına  göndərdiyi məktubda göstərilirdi ki, həmin vaxt üçün Naxçıvanda azərbaycanlılar 62,5 %, ermənilər 36,7%, Şərur–Dərələyəzdə müvafiq olaraq 72,3 və 27,3%, Sürməlidə 66 və 31,4%, İrəvanda isə 60,2 və 37,4% təşkil edirdilər.

 Mənbə: http://karabakh-doc.azerall.info/ru/isegod/Consequences_of_Armenian_aggression.pdf

paylaş


 
Azerphoto logo empty logo empty logo empty logo empty logo