# HADİSƏLƏR

# İRƏVAN VAXTI

# HADİSƏLƏR » Sənədlər

Azərbaycan Respublikası AŞPA

Ermənistan  və Dağılıq Qarabağ həbs edilmiş hərbi əsirlər və girovlar .  Sənəd 9063 25 aprel 2001-ci il Məsləhət üzrə təklif Hacıyeva xanımları və başqaları tərəfindən təqdim edilmişdir Hazırki təklif Assambleyada müzakirə olunmamışdır və aşağıda imzalayan şəxslər tərəfindən təsdiq edilmişdir 1. 1988-ci ildə başlanmış, sonra isə Ermənistan tərəfindən Azərbaycana qarşı hücum şəklinə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının təxminən 20 faizi işğal olunmuşdur. 2. 10 aprel 2001-ci il tarixində bəyan edilmiş məlumata görə, həmin hücümün nəticəsində 4 959 insan itmişdir ki, onlardan 1 092 nəfəri azad olunmuş (1992-ci ildən 2001-ci ilə qədər) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə onlardan 176 nəfəri öldürülmüşdür. 3. Lakin, hal-hazırda daha vacib məsələ ondan ibarədlir ki, Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində 783 nəfər hərbi əsir saxlanılır; onların 18 - uşaq, 43 - qadın və 56 nəfər yaşlı insanlardır. Buna baxmayaraq, Ermənistan tərəfi bu faktın doğruluğunu qəbul etmir. 4. 6 aydan çoxdur ki, Benəlxalq Qırmızı Xaç Komitəsi öz məlumatına görə həmin hərbi əsirləri görə bilmir. 5. Artıq üç aydır ki, Azərbaycan və Ermənistan Avropa Şurasının tam-hüquqlu üzvləridir və Avropa Şurasının üzvü olan ölkənin ərazisində heç bir insan hüququna malik olmayan çoxsaylı hərbi əsirlərin saxlanılması faktı heç cürə qəbul edilə bilməz. 6. Əsirlikdən azad olunmuş şahidlərin dediklərinə görə, bütün əsirlər qulluqçuluq edir, onların hüqüqları kobud şəkildə pozulur və onlara əzab verilir. Onların normal yeməkləri yoxdur və lazımi tibbi xidmət göstərilmir. 7. Assambleya Nazirlər Kabinetinə müraciət edərək bildirib ki, o, üzv olan dövlət - Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində Avropa Konvensiyasında qeyd olunmuş İnsan Hüquqlarının yerinə yetirilməsini Ermənistandan tələb etsin. 8. Assambleya Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinə müraciət edərək xahiş edir ki, o, həmin problemin nizamlanmasında çıxış yolunu tədqiq edən məruzəçini tezliklə təyin etsin; İmzalayanlar : [1] Hajiyeva, Azerbaijan, EPP/CD Aliyev I., Azerbaijan, EDG Arzilli, San Marino, EPP/CD Barsony, Hungary, SOC Cilevics, Latvia, SOC Gamzatova, Russia, UEL Glesener, Luxembourg, EPP/CD Guardans, Spain, LDR Gulek, Turkey, SOC Gurkan, Turkey, SOC Haupert, Luxembourg, EPP/CD Jurgens, Netherlands, SOC Kirkhill, United Kingdom, SOC Landsbergis, Lithuania, EDG Martinez Casan, Spain, EPP/CD Mikaelsson, Sweden, UEL Rakhansky, Ukraine, UEL Seyidov, Azerbaijan, EDG Shaklein, Russia, UEL Stoisits, Austria, SOC [1] SOC: Socialist Group EPP/CD: Group of the European People's Party EDG: European Democratic Group LDR : Liberal, Democratic and Reformers' Group UEL: Group of the Unified European Left NR: not registered in a group

Mənbə: http://www.azerbaijan.az/portal/arj_opener.html
paylaş


 
Azerphoto logo empty logo empty logo empty logo empty logo