# HADİSƏLƏR

# İRƏVAN VAXTI

# XƏBƏRLƏR

Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsi Türkiyə parlamentində

APA-nın məlumatına görə, parlamentdə mətbuat konfransı keçirən Sinan Oğan Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunduğunu xatırladan Sinan Oğan Xocalı soyqırımının tanınmasının vacibliyini vurğulayıb və bununla bağlı müvafiq qanun layihəsini parlament rəhbərliyinə təqdim etdiyini deyib.
Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı həyata keçirdiyinin tanınması və 26 fevral tarixinin Türkiyədə “Xocalı soyqırımını anım günü” elan olunması öz əskini tapıb. Bundan başqa layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarının abidə ucaldılması təklifi də yer alıb. Sinan Oğan parlamentin sabah keçiriləcək iclasında cari məsələlərin müzakirəsi zamanı söz alaraq Xocalı soyqırımı və ermənilərin Türkiyədə həyata keçirdiyi soyqırımları ilə əlaqədar çıxış edəcəyini deyib.

paylaş


 
Azerphoto logo empty logo empty logo empty logo empty logo