# HADİSƏLƏR

# İRƏVAN VAXTI

# XƏBƏRLƏR

Bakıda İrəvanın işğalının 185-ci ili qeyd edildi

MDHP Qərbi Azərbaycan Departamenti “İrəvanın işğalının 185-ci ili”ni qeyd etdi.

Tədbirdə “Böyük Qayıdış”a hazırlığın hüquqi əsasları səsləndirilib.

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti İrəvan Xanlığının işğalının 185-ci iliyi münasibətilə tədbir keçirib. “Altay” şadlıq sarayında keçirilən tədbirə 300-dən yuxarı qonaq qatılıb. MDHP sədrinin birinci müavini Bayram Abbasovun aparıcılığı ilə gerçəkləşən tədbir dövlət himninin və Şəhidlərin ruhunu yad etməklə başladı. İlk söz MDHP sədri, Millət Vəkili Fərəc Quliyevə verildi. Partiyanın department institute və Qərbi Azərbaycanla bağlı priotetləri ətrafında çıxış edən millət vəkili doğma torpaqlara” Böyük Qayıdış”a hazırlığın başladığını bəyan etdi. Sonra alim Səməndər Çaxmaqlının Rusiya tərəfindən İrəvana ermənilən köçürülməsi və doğma torpaqlarımızda etnik tərkibin dəyişdirilməsi ilə bağlı məruzəsi oxundu. Məruzədə qondarma xarici qüvvələr hesabına öz hökumətini quran ermənilərin həyasızca Azərbaycanın digər ərazilərinə torpaq iddiası və işğalçılıq siyasəti də xüsusi olaraq vurğulandı.

Daha sonra Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Milli Demokrat Partiyasının sədri Tufan Kərim, güneyli alim Əkrəm Rəhimli, Qərbi Azərbaycan ağsaqqalı İsrafil Məmmədov, Əməkdar Artist Naibə Allahverdiyeva, Türk Xalqları Ümumdünya Assambleyasının I vitse-prezidenti Yəhya Əliyev, Qərbi Azərbaycan alimlərindən Qafar Çaxmaqlı, Ramiz Əsgər, Mirzə Ənsərli, Firudin Cümşüdov, xalq hərəkatının öncüllərindən Zeynal Məmmədov, “Qoşa Ulduz” jurnalının rəhbəri Gülnar xanım, Parolimpiya çempionumuz Ramin İbrahimov, MDHP sədrinin müavini Tahir Seyidov çıxış edərək tarixi torpaqlarımızın qaytarılması, o cümlədən zorla əlimizdən alınmış Zəngəzur,Borçalı, Dərbənd, Güney Azərbaycanın geri qaytarılmasının xalqın iradəsindən asılı olduğunu bildirmişlər.

Öz musiqiləri ilə millətimizi döyüşə səsləyən Şəmistan Əlizəmanlı, Savalan qrupundan Novruz Novruzlu, Əlirza Amanbəyli öz ifaları ilə tədbirin bədii hissəsinə aparıcılıq etmişlər.

MDHP Qərbi Azərbaycan Departamentinin rəhbəri Arif Abbasov təklifi qəbul edib tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirdikdən sonra tarixçi Yaşar Qurbanov MDHP Qərbi Azərbaycan Departamentinin dünya ictimaiyyətinə müraciətini oxuyub.

Onu da qeyd edək ki, MDHP tədbirlə bağlı kütləvi şəkildə İrəvan xanlığının bayraqlarını, papaqlar, qələmlər, xəritələr nəşr etdirib və həmin materiallar tədbirə gələn qonaqlara paylanıb.


Tədbirin fotolarını buradan izləyə bilərsiniz.



paylaş


 
Azerphoto logo empty logo empty logo empty logo empty logo